Maaş hesablama: kim nə qədər qazanıb, mübahisəsiz
Hər işçiyə rol verirsiniz — administrator, menecer, resepşn və ya işçi — və 13 icazə ilə nəyi görəcəyini dəqiqləşdirirsiniz. Qrafiklər, istirahət günləri və məzuniyyətlər təqvimə özü düşür. Maaş dövrü bağlananda kimin nə qədər qazandığı avans çıxılmış şəkildə hazır olur.
Kart tələb olunmur
Bu bölmədə
- 01
Rollar və 13 icazə
Telefon nömrələrini gizlədir, maliyyəni bağlayır, resepşnə yalnız kassaya giriş verirsiniz — hər işçi üçün ayrıca.
- 02
Qrafiklər və istisnalar
İş saatı, fasilə, istirahət günü, xəstəlik və məzuniyyət qeyd olunur, rezervasiya səhifəsi isə yalnız iş saatlarını təklif edir.
- 03
İşçi payı
Xidmət, məhsul və paket satışından işçi payını faizlə və ya sabit məbləğlə təyin edirsiniz, hesabı sistem özü aparır.
- 04
Avans və maaş dövrləri
Verilən avansları yazırsınız, dövr bağlananda yekun məbləğ hazır olur.
- 05
İşçi reytinqi
Müştərilərin gəlişdən sonra verdiyi ulduzlar hər işçinin reytinqinə yazılır.
- 06
Telefona bildiriş
Yeni rezervasiya gələndə işçinin telefonuna bildiriş gəlir.
Məhsulda necə görünür
Tez-tez verilən suallar
- İşçi müştərilərin telefon nömrələrini görməsin deyə nə etmək olar?
- Hər işçi üçün icazələri ayrıca qurursunuz. 13 icazədən biri telefon nömrələrini gizlədir; maliyyəni gizlətmək və resepşnə yalnız kassaya giriş vermək də mümkündür.
- Maaş necə hesablanır?
- Rezneed işçi payını hesablayır: xidmət, məhsul və paket satışından faizlə və ya sabit məbləğlə. Avanslar və daxili istifadə dövrün yekununda nəzərə alınır.
- Neçə işçi əlavə etmək olar?
- Basic planında 3, Premium planında 12 işçiyə qədər. Business planında işçi sayı məhdud deyil: 12-dən sonra hər əlavə işçi ayda 6 ₼-dır.
Digər imkanlar
- Hesabatlar 20-dən çox hesabat: rezervasiyalar, işçilər, müştərilər, satış, anbar, kassa və maaş. Hər cədvəl Excel-ə çıxarılır.
- Onlayn rezervasiya Instagram, WhatsApp və Google Maps üçün bir link: müştəri xidməti, mütəxəssisi və saatı özü seçir.
- Təqvim Hər işçi ayrıca sütunda, rezervasiyalar tutub sürüşdürülür; statuslar, iş qrafikləri və dəyişiklik tarixçəsi.
- WhatsApp bildirişləri Təsdiq, xatırlatma, xəritədə ünvan, ad günü təbriki və kampaniyalar — öz nömrənizdən və ya rəsmi WhatsApp Business hesabı ilə.
Mövzu ilə bağlı
- BlogSalonda işçi payı necə hesablanır: 3 modelFaiz, sabit məbləğ, yoxsa baza + faiz? Salonunuza hansı işçi payı modeli uyğundur, materialı kim ödəyir və ay sonunda rəqəmlər niyə tutmur — nümunələrlə.
- Biznes növüGözəllik salonuUstaların təqvimi, paket satışı və boya sərfi nizamda olur, hər xidmətin maya dəyəri bilinir.
- Biznes növüStomatoloji klinikaOdontoqram və diş üzrə müalicə planı pasiyent kartında qalır, həkim dəyişəndə də heç nə itmir.
- Biznes növüBərbərxanaSıx qrafik onlayn rezervasiya ilə nizamlanır, günün sonunda hər ustanın payı hazır olur.
- RezneedTəhlükəsizlikMəlumatlarınızın necə saxlanıldığı və qorunduğu.
Rezervasiya, kassa və anbarı bu gündən bir yerdə aparın
45 gün ərzində bütün imkanlardan pulsuz istifadə edin və 500 mesaj hədiyyə alın. Kart tələb olunmur, hesabı açmaq bir neçə dəqiqə çəkir.