Rezervasiya ilə işləyən hər biznes üçün idarəetmə sistemi

Rezervasiya, WhatsApp xatırlatma, kassa və anbar bir yerdə — dəftər və yazışmalara vaxt itirmirsiniz. Tək ustadan çox filiallı biznesə qədər.

  • 790+ filial hər gün Rezneed-də işləyir
  • Kart tələb olunmur
  • Komissiya yoxdur

Rezneed platformasının məlumatları, oktyabr 2026.

Rezneed-ə keçəndən sonra nə dəyişdi

Salon, studiya və bərbərxana sahibləri rezervasiya, kassa və müştərilərlə işin necə dəyişdiyini öz sözləri ilə danışır.

Bütün müştəri hekayələrinə baxın
  • Gözəllik salonu

    Rezervasiya, komanda və maliyyə bir sistemdə

    “Rezneed sayəsində rezervasiyaları aktiv idarə edir, komandanın iş bölgüsünə və maliyyə axınına düzgün nəzarət edə bilirik.”
    Aynur Talıblı Rəhbər · Aynur Talıblı Beauty Salon
    Ətraflı
  • Gözəllik salonu

    Sistemləşmə problemini həll etdik

    “Hamı elə bilir ki, biznesi idarə etmək çox asandır. Bu gün deyə bilərəm ki, sistemləşmə problemini Rezneed ilə həll etmişik.”
    Zahir Mehdiyev Təsisçi · ZaHair Atelier
    Ətraflı
  • Dırnaq studiyası

    İki ildir hər şey bir platformada

    “Artıq iki ildir Rezneed-dən istifadə edirik. Müştərilər uyğun gün və saata özləri rezervasiya edir. Tətbiq işimizi xeyli rahatlaşdırıb və gəlirimizi artırıb.”
    Leyla Əmrullayeva Rəhbər · Leila Studio
    Ətraflı
  • Qruminq salonu

    Rezervasiyalar artıq qaydasındadır

    “Əvvəllər rezervasiyaları idarə edə, sistemləşməni qura bilmirdik. Rezneed ilə tanış olduqdan sonra bütün problemlərimiz öz həllini tapdı.”
    Orxan Qasımov Rəhbər · Yumaq Grooming Center
    Ətraflı
  • Gözəllik salonu

    Kampaniya mesajları və kassa bir yerdə

    “Ən çox istifadə etdiyimiz imkanlar kampaniya mesajları və kassa əməliyyatlarıdır. Həm işinizi asanlaşdıracaq, həm də vaxtınıza qənaət edəcək.”
    Qənirə Mahmudova Menecer · Blossom Beauty & Spa
    Ətraflı
  • Bərbərxana

    Müştəri linkdən özü rezervasiya edir

    “Rezneed vaxtıma çox qənaət edir. Müştəriyə link göndərirəm, özü rezervasiya edir. Gün sonunda gəlirimi tam görə bilirəm.”
    Telman Əmirbəyov Saç ustası · Rich BarberShop
    Ətraflı

Bütün gündəlik iş
bir proqramda.

Rezervasiya bitəndə kassa, anbar və işçi payı özü yenilənir — heç nəyi iki dəfə yazmırsınız.

  • Gecə-gündüz onlayn rezervasiya: Müştəriləriniz Instagram profilinizdəki, WhatsApp-dakı və ya Google Maps-dəki linkdən xidməti, mütəxəssisi və boş saatı özləri seçir, rezervasiya isə dərhal təqviminizə düşür.
  • Vahid təqvim: Bütün işçilərin günü bir ekranda görünür, rezervasiyanı isə tutub başqa vaxta və ya işçiyə sürüşdürürsünüz.
  • Yalnız boş saatlar: Link işçinin qrafikini, fasilələrini və istirahət günlərini nəzərə alır, müştəri isə yalnız uyğun vaxtı seçir.
  • WhatsApp xatırlatmaları: Təsdiq və xatırlatma mesajları öz WhatsApp nömrənizdən gedir ki, müştəri rezervasiyanı unutmasın.
Onlayn rezervasiya haqqında ətraflı
Rezneed onlayn rezervasiya linki

Mobil tətbiq və veb panel, eyni məlumatla

Gün ərzində işi telefondan aparın, kampaniya və hesabatları kompüterdən idarə edin. Hər dəyişiklik hər iki tərəfdə eyni anda görünür.

Mobil tətbiq

Mobil tətbiq

Təqvim, müştəri kartı, kassa, anbar və bildirişlər telefonunuzdadır. Müştəriləri telefon kitabçasından bir anda əlavə edirsiniz.

Veb panel

Veb panel

Hesabatlar, WhatsApp kampaniyaları, hədiyyə kartları, rəylər və filial ayarları kompüterdə. Veb panel 6 dildədir.

app.rezneed.com

Salon, klinika, studiya və klublar üçün hazırlanıb

Proqram eynidir, amma hər sahədə başqa imkan önə çıxır: klinikada diş xəritəsi, salonda paket satışı, studiyada dərs paketləri. Hansını işlədəcəyinizi siz seçirsiniz.

Canlı dəstək

Suallarınıza canlı insan cavab verir

Rezneed komandası ilk gündən yanınızdadır: sistemi qurmağa və məlumatları köçürməyə kömək edir, gündəlik suallarınıza cavab verir.

  • Bot deyil, real insanlar. Yazdığınız hər suala Rezneed komandasının əməkdaşı cavab verir: adətən 15 dəqiqə ərzində, axşam gec saatlara qədər.
  • WhatsApp, telefon və e-poçt. Sizə rahat olan kanalı seçin: hər biri birbaşa dəstək komandasına düşür.
  • Quraşdırma və köçürmədə yardım. Xidmət siyahısını hazır şablonlardan qurmağa, müştəri bazasını köçürməyə və sistemi işə salmağa kömək edirik — hamısını sizinlə birlikdə.
  • Bütün planlarda eyni dəstək. Dəstək ayrıca ödənişli xidmət deyil: ən kiçik plandan başlayaraq hər müştəriyə eyni diqqətlə cavab veririk.
Siz məşğul olanda da müştərilər özləri rezervasiya edir

Siz məşğul olanda da müştərilər özləri rezervasiya edir

Instagram profilinizdəki link xidmətləri, qiymətləri, mütəxəssisləri və yalnız həqiqətən boş olan saatları göstərir. Müştəri gecə də parolsuz və tətbiqsiz, öz dilində rezervasiya edir.

  1. 1

    Xidməti seçir

    Müştəri qiyməti və müddəti əvvəlcədən görür.

  2. 2

    Saatı seçir

    Yalnız mütəxəssisin qrafikində boş olan vaxtlar təklif olunur.

  3. 3

    Təsdiq alır

    Rezervasiya təsdiqlənən kimi WhatsApp-a mesaj gedir, gəlişdən əvvəl isə xatırlatma.

Hər planda bütün imkanlar açıqdır

Plan yalnız işçi və filial sayına görə dəyişir. 45 gün pulsuz, kart tələb olunmur, 500 mesaj hədiyyə, komissiya yoxdur.

45 gün pulsuz, kart tələb olunmur
İllik ödənişdə 30%-ə qədər qənaət
  • Single

    Tək işləyən mütəxəssis üçün: bir işçi, bir filial

    29 ₼ /ay hər ay ödənilir 27,67 ₼ /ay hər 3 ayda 83 ₼ · −5% 26,17 ₼ /ay hər 6 ayda 157 ₼ · −10% 24,67 ₼ /ay ildə bir dəfə 296 ₼ · −15%
    45 gün pulsuz başlayın

    Daxildir:

    • 1 işçi, 1 filial
    • Bütün bölmələr açıqdır
    • Onlayn rezervasiya linki
    • Mobil tətbiq və veb panel
    • 1 WhatsApp nömrəsi qiymətə daxildir
  • Basic

    Kiçik komanda, bir filial

    49 ₼ /ay hər ay ödənilir 44 ₼ /ay hər 3 ayda 132 ₼ 39,17 ₼ /ay hər 6 ayda 235 ₼ 34,33 ₼ /ay ildə bir dəfə 412 ₼
    45 gün pulsuz başlayın

    Daxildir:

    • 3 işçiyə qədər, 1 filial
    • Bütün bölmələr açıqdır
    • Onlayn rezervasiya linki
    • Mobil tətbiq və veb panel
    • WhatsApp nömrəsi ayrıca qoşulur (ayda 15 ₼)
  • Business

    Şəbəkələr üçün: işçi və filial limiti yoxdur

    99 ₼-dan /ay hər ay ödənilir 89 ₼-dan /ay hər 3 ayda 267 ₼ 79,17 ₼-dan /ay hər 6 ayda 475 ₼ 69,33 ₼-dan /ay ildə bir dəfə 832 ₼
    WhatsApp-dan qiymət soruşun

    Premium-dakı hər şey, üstəlik:

    • Limitsiz işçi və filial
    • 12-dən sonra hər işçi +6 ₼/ay
    • 3-dən sonra hər filial +9 ₼/ay
    • Öz adınızla müştəri tətbiqi — müraciət əsasında, tezliklə
  • 45 gün pulsuz
  • Kart tələb olunmur
  • 500 mesaj hədiyyə
  • Komissiya yoxdur

Hər planda daxildir

  • Təqvim, rezervasiyalar və iş qrafikləri
  • Onlayn rezervasiya linki, 6 dildə
  • WhatsApp təsdiq və xatırlatmaları
  • Müştəri kartı, etiketlər və sənədlər
  • Paketlər, hədiyyə kartları, kuponlar
  • Kassa, nağd və kart, bölünmüş ödəniş
  • İşçi payı, avans və maaş dövrləri
  • Anbar, tədarükçülər və xidmət reseptləri
  • 20-dən çox hesabat, Excel-ə ixrac
  • Rollar və 13 ayrıca icazə
  • Mobil tətbiq və veb panel
  • Qeydiyyatda 500 pulsuz mesaj

Bütün qiymətlər Azərbaycan manatı ilədir. Ödəniş Epoint vasitəsilə bank kartı ilə qəbul olunur, şirkətlərə e-qaimə verilir.

Tez-tez verilən suallar

Cavabını tapmadığınız sual varsa, WhatsApp-dan yazın. Komandamız sizə kömək edəcək.

Quraşdırma nə qədər vaxt aparır?

Adətən 10–15 dəqiqə. Hesab açırsınız, biznesin növünü, ünvanını və iş saatlarını yazırsınız, işçiləri əlavə edirsiniz. Xidmət kataloqu üçün 281 hazır şablon var: sahənizə uyğun olanları seçib qiymət və müddəti dəyişmək kifayətdir. Kömək lazımdırsa, komandamız WhatsApp üzərindən sizinlə birlikdə qurur.

Pulsuz sınaq necə işləyir?

45 gün, bütün imkanlar açıq, kart tələb olunmur və 500 mesaj hədiyyə edilir. Sınaq bitəndə hesab avtomatik olaraq ödənişli plana keçmir: plan seçənə qədər panel və rezervasiya linki dayanır, yazdığınız məlumatlar isə tam saxlanılır.

Mesajlar müştəriyə hansı nömrədən gedir?

Sizin nömrənizdən. Filialın WhatsApp nömrəsini QR kodla qoşursunuz və təsdiq, xatırlatma, ad günü təbriki və kampaniyalar həmin nömrədən, müştərinin öz dilində gedir. Böyük həcmlər üçün rəsmi WhatsApp Business hesabı da təklif edirik. Single, Premium və Business planlarında bir nömrə qiymətə daxildir.

Dəftərdən və ya başqa proqramdan keçmək çətindirmi?

Xeyr, keçid köməyi də pulsuzdur. Mobil tətbiqdə müştəriləri telefon kitabçasından bir anda əlavə edirsiniz, xidmətləri hazır şablonlardan seçirsiniz. İşçiləri, qrafikləri və gələcək rezervasiyaları komandamızla birlikdə daxil edirsiniz. Kiçik biznesdə keçid adətən 1 gün, böyük biznesdə 3–4 günə qədər çəkir. Yeni rezervasiya linkini müştərilərə elan etmək üçün hazır mətn də veririk.

Telefondan işləmək olar?

Bəli. iOS və Android üçün biznes tətbiqi təqvimi, müştəriləri, satışı, maliyyəni və anbarı əhatə edir. Kampaniyalar, hədiyyə kartları və müştəri qiymətləndirmələri kimi bölmələr veb paneldə, kompüterdən idarə olunur. Rezneed onlayn sistemdir, işləmək üçün internet lazımdır.

İşçilər hər şeyi görəcək?

Xeyr. Dörd rol (admin, menecer, resepşn, işçi) və hər işçi üçün 13 ayrıca icazə var: kimisi yalnız öz təqvimini görür, kimisi kassada işləyir. Müştəri nömrələrini və maliyyə rəqəmlərini icazəsi olmayanlardan gizlətmək olar.

Sualınız var? Nömrənizi qoyun, sizə zəng edək

Formanı doldurun, komandamız sizə zəng edəcək. Gözləmək istəmirsinizsə, WhatsApp-dan yazın — mesajınızı canlı əməkdaş cavablandırır.

Zəng sifariş edin

Rezervasiya, kassa və anbarı bu gündən bir yerdə aparın

45 gün ərzində bütün imkanlardan pulsuz istifadə edin və 500 mesaj hədiyyə alın. Kart tələb olunmur, hesabı açmaq bir neçə dəqiqə çəkir.

Pulsuz başlayın