Kömək lazımdır?

Dəstək canlıdır, bot deyil. Ən sürətli yol WhatsApp-dır.

İlk gün üçün qısa bələdçi

  1. 1

    Hesabı açın

    app.rezneed.com/register ünvanında ad, telefon və parol yazın, WhatsApp-a gələn kodu daxil edin.

  2. 2

    Biznesi yaradın

    Biznesin növünü seçin, ünvanı və iş saatlarını yazın. Xidmətlər üçün sahənizə uyğun hazır şablonlar açılır.

  3. 3

    İşçiləri əlavə edin

    Hər işçiyə qrafik, xidmətlər, pay faizi və icazələr verin.

  4. 4

    WhatsApp-ı qoşun

    Parametrlər → İnteqrasiyalar bölməsində filialın nömrəsini QR kodla bağlayın.

  5. 5

    Linki paylaşın

    Rezervasiya linkini Instagram profilinizdəki bio-ya, WhatsApp statusuna və Google Maps-ə əlavə edin.

Sualınız var? Nömrənizi qoyun, sizə zəng edək

Formanı doldurun, komandamız sizə zəng edəcək. Gözləmək istəmirsinizsə, WhatsApp-dan yazın — mesajınızı canlı əməkdaş cavablandırır.

Zəng sifariş edin

Tez-tez verilən suallar

Quraşdırma nə qədər vaxt aparır?

Adətən 10–15 dəqiqə. Hesab açırsınız, biznesin növünü, ünvanını və iş saatlarını yazırsınız, işçiləri əlavə edirsiniz. Xidmət kataloqu üçün 281 hazır şablon var: sahənizə uyğun olanları seçib qiymət və müddəti dəyişmək kifayətdir. Kömək lazımdırsa, komandamız WhatsApp üzərindən sizinlə birlikdə qurur.

Pulsuz sınaq necə işləyir?

45 gün, bütün imkanlar açıq, kart tələb olunmur və 500 mesaj hədiyyə edilir. Sınaq bitəndə hesab avtomatik olaraq ödənişli plana keçmir: plan seçənə qədər panel və rezervasiya linki dayanır, yazdığınız məlumatlar isə tam saxlanılır.

Mesajlar müştəriyə hansı nömrədən gedir?

Sizin nömrənizdən. Filialın WhatsApp nömrəsini QR kodla qoşursunuz və təsdiq, xatırlatma, ad günü təbriki və kampaniyalar həmin nömrədən, müştərinin öz dilində gedir. Böyük həcmlər üçün rəsmi WhatsApp Business hesabı da təklif edirik. Single, Premium və Business planlarında bir nömrə qiymətə daxildir.

Dəftərdən və ya başqa proqramdan keçmək çətindirmi?

Xeyr, keçid köməyi də pulsuzdur. Mobil tətbiqdə müştəriləri telefon kitabçasından bir anda əlavə edirsiniz, xidmətləri hazır şablonlardan seçirsiniz. İşçiləri, qrafikləri və gələcək rezervasiyaları komandamızla birlikdə daxil edirsiniz. Kiçik biznesdə keçid adətən 1 gün, böyük biznesdə 3–4 günə qədər çəkir. Yeni rezervasiya linkini müştərilərə elan etmək üçün hazır mətn də veririk.

Telefondan işləmək olar?

Bəli. iOS və Android üçün biznes tətbiqi təqvimi, müştəriləri, satışı, maliyyəni və anbarı əhatə edir. Kampaniyalar, hədiyyə kartları və müştəri qiymətləndirmələri kimi bölmələr veb paneldə, kompüterdən idarə olunur. Rezneed onlayn sistemdir, işləmək üçün internet lazımdır.

İşçilər hər şeyi görəcək?

Xeyr. Dörd rol (admin, menecer, resepşn, işçi) və hər işçi üçün 13 ayrıca icazə var: kimisi yalnız öz təqvimini görür, kimisi kassada işləyir. Müştəri nömrələrini və maliyyə rəqəmlərini icazəsi olmayanlardan gizlətmək olar.

Müştəri tətbiq yükləməlidir?

Xeyr. Müştəri rezervasiya linkini açır, xidməti, mütəxəssisi və saatı seçir, adını və nömrəsini yazır. Parol da, tətbiq də lazım deyil. İstəsə, customer.rezneed.com portalına telefon nömrəsi və WhatsApp kodu ilə daxil olub bütün rezervasiyalarını, paketlərini və hədiyyə kartlarını görə bilər.

Bir neçə filialı bir hesabdan idarə etmək olar?

Bəli. Filiallar bir hesabın altındadır, hər birinin öz işçiləri, iş saatları, kassası və saat qurşağı var. Müştəri bazasını bütün filiallar üçün ortaq edə, hesabatlara həm ayrı-ayrı, həm ümumi baxa bilərsiniz. Premium planında 3 filiala qədər, Business planında isə filial sayı limitsizdir.

Məlumatlarım kimdə qalır?

Sizdə. Rezneed-də müştəriləri başqa bizneslərə göstərən ümumi kataloq yoxdur, bazanızı satmırıq və heç kimlə paylaşmırıq. Hesabatları istənilən vaxt Excel-ə çıxara bilərsiniz, hesabın silinməsini də istəyə bilərsiniz. Ətraflı məlumat «Təhlükəsizlik» səhifəsindədir.

İstənilən vaxt dayandıra bilərəm?

Bəli. Abunəni istənilən vaxt ləğv edə bilərsiniz, hesab ödənilmiş dövrün sonuna qədər işləməyə davam edir. Uzunmüddətli müqavilə və çıxış cəriməsi yoxdur, ödənilmiş məbləğ isə geri qaytarılmır.

Rezervasiyadan komissiya tutulur?

Xeyr. Rezneed abunə ilə işləyir: ayda nə qədər rezervasiya olursa olsun, ödədiyiniz məbləğ dəyişmir. Hər yeni müştəriyə görə ayrıca haqq, rezervasiya haqqı və quraşdırma haqqı yoxdur, müştərinizdən də heç nə tutulmur.

Plandan başqa nəyə pul ödəyəcəyəm?

Yalnız qoşduğunuz əlavələrə. Basic planında WhatsApp nömrəsi ayda 15 ₼-dır, Single, Premium və Business planlarında bir nömrə qiymətə daxildir. Kampaniyalar üçün mesaj paketi alırsınız, qeydiyyatda 500 mesaj hədiyyədir. Business planında 12-dən sonrakı hər işçi ayda 6 ₼, 3-dən sonrakı hər filial ayda 9 ₼-dır. Avtomatik təsdiq və xatırlatmalar pulsuzdur, gizli ödəniş yoxdur.

Uzunmüddətli ödənişdə endirim varmı?

Bəli. 3 aylıq ödənişdə 10%, 6 aylıqda 20%, illik ödənişdə 30% endirim olur; Single planında endirim 5%, 10% və 15%-dir. Məsələn, Premium illik ödənişdə ayda təxminən 69 ₼-a başa gəlir. Ödəniş manatla, bank kartı ilə qəbul olunur.

Necə ödəyirəm? Şirkət üçün e-qaimə verirsiniz?

Ödəniş Epoint vasitəsilə qəbul olunur: Epoint-in qəbul etdiyi istənilən bank kartı ilə ödəyə bilərsiniz. Şirkətlərə e-qaimə verilir. Bank köçürməsi ilə ödəniş hələ yoxdur.

Ödədiyim müddətdə qiymət dəyişə bilər?

Xeyr. Ödədiyiniz dövr üçün qiymət sabitdir, illik planda bütün il eyni qalır. Rezneed qurulandan bəri qiymət siyasətimiz dəyişməyib.

Padel kortları işçi limitinə daxildir?

Bəli. Kortlar təqvimdə ayrıca sütun kimi, yəni işçi kimi qurulur və planın işçi limitinə daxil olur: Basic planında 3, Premium planında 12. Business planında 12-dən sonrakı hər sütun ayda 6 ₼-dır.

Müştəri siyahısını və hesabatları Excel-ə çıxarmaq olar?

Bəli. Müştəri siyahısını və 20-dən çox hesabatın hər birini Excel faylına çıxara bilərsiniz. Məlumatlarınız istədiyiniz vaxt əlinizdədir.

Müştəriləri Excel və ya CSV faylından yükləmək olar?

Xeyr, fayldan avtomatik idxal yoxdur. Mobil tətbiqdə müştəriləri telefon kitabçasından idxal edirsiniz, qalan siyahını isə komandamız sizinlə birlikdə əl ilə köçürür.

Rezneed hansı dillərdə işləyir?

Veb panel 6 dildədir: azərbaycan, ingilis, rus, türk, ərəb və gürcü. Mobil tətbiq 4 dildədir: azərbaycan, ingilis, rus və türk. Müştərinin açdığı rezervasiya səhifəsi də 6 dildədir.

Dəstək necə işləyir?

Dəstək canlıdır: WhatsApp-dan yazanda və ya zəng edəndə sizə bot deyil, Rezneed əməkdaşı cavab verir. E-poçtla da yazmaq olar. Quraşdırma və köçürmədə yardım daxil olmaqla dəstək bütün planlarda eynidir.

Pulsuz başlayın