İşçi və filial sayına görə ödəyin

Hər planda bütün bölmələr açıqdır. Plan yalnız işçi və filial sayına görə dəyişir, komissiya və quraşdırma haqqı yoxdur.

45 gün pulsuz, kart tələb olunmur
İllik ödənişdə 30%-ə qədər qənaət
  • Single

    Tək işləyən mütəxəssis üçün: bir işçi, bir filial

    29 ₼ /ay hər ay ödənilir 27,67 ₼ /ay hər 3 ayda 83 ₼ · −5% 26,17 ₼ /ay hər 6 ayda 157 ₼ · −10% 24,67 ₼ /ay ildə bir dəfə 296 ₼ · −15%
    45 gün pulsuz başlayın

    Daxildir:

    • 1 işçi, 1 filial
    • Bütün bölmələr açıqdır
    • Onlayn rezervasiya linki
    • Mobil tətbiq və veb panel
    • 1 WhatsApp nömrəsi qiymətə daxildir
  • Basic

    Kiçik komanda, bir filial

    49 ₼ /ay hər ay ödənilir 44 ₼ /ay hər 3 ayda 132 ₼ 39,17 ₼ /ay hər 6 ayda 235 ₼ 34,33 ₼ /ay ildə bir dəfə 412 ₼
    45 gün pulsuz başlayın

    Daxildir:

    • 3 işçiyə qədər, 1 filial
    • Bütün bölmələr açıqdır
    • Onlayn rezervasiya linki
    • Mobil tətbiq və veb panel
    • WhatsApp nömrəsi ayrıca qoşulur (ayda 15 ₼)
  • Business

    Şəbəkələr üçün: işçi və filial limiti yoxdur

    99 ₼-dan /ay hər ay ödənilir 89 ₼-dan /ay hər 3 ayda 267 ₼ 79,17 ₼-dan /ay hər 6 ayda 475 ₼ 69,33 ₼-dan /ay ildə bir dəfə 832 ₼
    WhatsApp-dan qiymət soruşun

    Premium-dakı hər şey, üstəlik:

    • Limitsiz işçi və filial
    • 12-dən sonra hər işçi +6 ₼/ay
    • 3-dən sonra hər filial +9 ₼/ay
    • Öz adınızla müştəri tətbiqi — müraciət əsasında, tezliklə
  • 45 gün pulsuz
  • Kart tələb olunmur
  • 500 mesaj hədiyyə
  • Komissiya yoxdur

Hər planda daxildir

  • Təqvim, rezervasiyalar və iş qrafikləri
  • Onlayn rezervasiya linki, 6 dildə
  • WhatsApp təsdiq və xatırlatmaları
  • Müştəri kartı, etiketlər və sənədlər
  • Paketlər, hədiyyə kartları, kuponlar
  • Kassa, nağd və kart, bölünmüş ödəniş
  • İşçi payı, avans və maaş dövrləri
  • Anbar, tədarükçülər və xidmət reseptləri
  • 20-dən çox hesabat, Excel-ə ixrac
  • Rollar və 13 ayrıca icazə
  • Mobil tətbiq və veb panel
  • Qeydiyyatda 500 pulsuz mesaj

Bütün qiymətlər Azərbaycan manatı ilədir. Ödəniş Epoint vasitəsilə bank kartı ilə qəbul olunur, şirkətlərə e-qaimə verilir.

Qiymətinizi hesablayın

Hər planda bütün imkanlar var, ona görə yalnız işçi və filial sayını seçirsiniz.

Filial sayı 1
Ödəniş dövrü
Sizə uyğun plan Premium

— ₼ /ay

    • Bütün bölmələr
    • WhatsApp xatırlatmaları
    • Komissiya yoxdur
    • 500 mesaj hədiyyə
    45 gün pulsuz başlayın

    Kart tələb olunmur. Sınaq bitəndə ödəniş avtomatik başlamır.

    Planları müqayisə edin

    Bölmələr bütün planlarda eynidir, fərq yalnız limitlərdədir.

    Plan SingleBasicPremiumBusiness
    Limitlər
    İşçi sayı 1 3 12 Limitsiz
    Filial sayı 1 1 3 Limitsiz
    Qiymətə daxil WhatsApp nömrəsi 1 — 1 1
    Qeydiyyatda pulsuz mesaj 500 500 500 500
    Rezervasiya
    Təqvim, tutub sürüşdürmə, bağlı vaxt
    Onlayn rezervasiya linki (6 dil)
    WhatsApp təsdiq və xatırlatma
    Müştəri portalı və onlayn ləğv
    Müştərilər və marketinq
    Müştəri kartı, etiketlər, sənədlər
    WhatsApp kampaniyaları və müştəri qrupları
    Ad günü təbrikləri
    Paketlər, hədiyyə kartları, reytinqlər
    Kassa, anbar, komanda
    Kassa, xərclər, vergi
    Anbar və xidmət reseptləri
    İşçi payı və avans
    20-dən çox hesabat, Excel
    Rollar və icazələr
    Dəstək
    Canlı WhatsApp və telefon dəstəyi
    Quraşdırma və köçürmədə yardım
    Öz adınızla müştəri tətbiqi — — — Müraciətlə, tezliklə

    Əlavələr

    Yalnız lazım olanı qoşursunuz, istənilən vaxt dayandırırsınız.

    • WhatsApp: öz nömrəniz

      Filialın nömrəsini QR kodla bir dəqiqədə qoşursunuz. Təsdiq, xatırlatma, ad günü təbriki və kampaniya mesajları müştəriyə sizin nömrənizdən gedir. Single, Premium və Business planlarda bir nömrə qiymətə daxildir.

      15 ₼ /ay, hər filial
    • Rəsmi WhatsApp Business hesabı

      Meta-nın rəsmi kanalı: yüksək həcmli göndərişlər üçün. Təsdiq nişanı üçün müraciət etmək olar, qərarı Meta verir. Qoşulmanı komandamız edir.

      85 ₼-dan /ay
    • Mesaj paketləri

      Paket kampaniyalar və əl ilə planlaşdırdığınız xatırlatmalar üçündür; avtomatik təsdiq və xatırlatmalar paketdən çıxılmır. Qeydiyyatda 500 mesaj hədiyyədir, paket böyüdükcə bir mesajın qiyməti düşür.

      • 200 mesaj 6 ₼
      • 500 mesaj 14,25 ₼
      • 1 000 mesaj 25,50 ₼
      • 5 000 mesaj 112,50 ₼
      • 10 000 mesaj 195 ₼
      • 50 000 mesaj 525 ₼

    Qiymətlə bağlı suallar

    Pulsuz sınaq necə işləyir?

    45 gün, bütün imkanlar açıq, kart tələb olunmur və 500 mesaj hədiyyə edilir. Sınaq bitəndə hesab avtomatik olaraq ödənişli plana keçmir: plan seçənə qədər panel və rezervasiya linki dayanır, yazdığınız məlumatlar isə tam saxlanılır.

    İstənilən vaxt dayandıra bilərəm?

    Bəli. Abunəni istənilən vaxt ləğv edə bilərsiniz, hesab ödənilmiş dövrün sonuna qədər işləməyə davam edir. Uzunmüddətli müqavilə və çıxış cəriməsi yoxdur, ödənilmiş məbləğ isə geri qaytarılmır.

    Rezervasiyadan komissiya tutulur?

    Xeyr. Rezneed abunə ilə işləyir: ayda nə qədər rezervasiya olursa olsun, ödədiyiniz məbləğ dəyişmir. Hər yeni müştəriyə görə ayrıca haqq, rezervasiya haqqı və quraşdırma haqqı yoxdur, müştərinizdən də heç nə tutulmur.

    Plandan başqa nəyə pul ödəyəcəyəm?

    Yalnız qoşduğunuz əlavələrə. Basic planında WhatsApp nömrəsi ayda 15 ₼-dır, Single, Premium və Business planlarında bir nömrə qiymətə daxildir. Kampaniyalar üçün mesaj paketi alırsınız, qeydiyyatda 500 mesaj hədiyyədir. Business planında 12-dən sonrakı hər işçi ayda 6 ₼, 3-dən sonrakı hər filial ayda 9 ₼-dır. Avtomatik təsdiq və xatırlatmalar pulsuzdur, gizli ödəniş yoxdur.

    Uzunmüddətli ödənişdə endirim varmı?

    Bəli. 3 aylıq ödənişdə 10%, 6 aylıqda 20%, illik ödənişdə 30% endirim olur; Single planında endirim 5%, 10% və 15%-dir. Məsələn, Premium illik ödənişdə ayda təxminən 69 ₼-a başa gəlir. Ödəniş manatla, bank kartı ilə qəbul olunur.

    Necə ödəyirəm? Şirkət üçün e-qaimə verirsiniz?

    Ödəniş Epoint vasitəsilə qəbul olunur: Epoint-in qəbul etdiyi istənilən bank kartı ilə ödəyə bilərsiniz. Şirkətlərə e-qaimə verilir. Bank köçürməsi ilə ödəniş hələ yoxdur.

    Ödədiyim müddətdə qiymət dəyişə bilər?

    Xeyr. Ödədiyiniz dövr üçün qiymət sabitdir, illik planda bütün il eyni qalır. Rezneed qurulandan bəri qiymət siyasətimiz dəyişməyib.

    Padel kortları işçi limitinə daxildir?

    Bəli. Kortlar təqvimdə ayrıca sütun kimi, yəni işçi kimi qurulur və planın işçi limitinə daxil olur: Basic planında 3, Premium planında 12. Business planında 12-dən sonrakı hər sütun ayda 6 ₼-dır.

    Rezervasiya, kassa və anbarı bu gündən bir yerdə aparın

    45 gün ərzində bütün imkanlardan pulsuz istifadə edin və 500 mesaj hədiyyə alın. Kart tələb olunmur, hesabı açmaq bir neçə dəqiqə çəkir.

    Pulsuz başlayın