← Bloga qayıdın Biznes idarəetməsi

Rezneed-də dəstək: quraşdırma, köçürmə və gündəlik suallar

Rezneed sistemi quraşdırıb getmir: hər biznesin ehtiyacını dinləyir, qurulmada və köçürmədə pulsuz kömək edir. Canlı dəstək necə işləyir.

2 dəq

Rezneed olaraq yalnız sistemi quraşdırmaqla kifayətlənmirik. Hər bir müştərimizin ehtiyacını dinləyir və fərdi yanaşma ilə texniki dəstək göstəririk. Bizim üçün hər salon, hər biznes unikaldır.

Yuxarıdakı videoda bir gözəllik salonunda dəstəyin necə getdiyini görürsünüz: qurulmadan gündəlik suallara qədər komandamız biznesin yanındadır.

Dəstək nədən ibarətdir

  • Qurulma. Xidmət siyahısı, komanda, iş qrafiki, kassalar və onlayn rezervasiya linki — sistemi sizin biznesinizə uyğun birlikdə qururuq.
  • Köçürmə. Müştəri bazanız dəftərdə, telefonda və ya başqa sistemdədirsə, onu köçürməyə kömək edirik. Bu, bütün planlarda pulsuzdur.
  • Öyrətmə. Resepşnə və ustalara sistemi göstəririk ki, ilk gündən rahat işləsinlər.
  • Gündəlik suallar. Canlı dəstək — bot deyil, Rezneed komandasının real əməkdaşları. WhatsApp-dan yazırsınız, zəng edirsiniz və ya e-poçt göndərirsiniz.

Salon, klinika, padel klubu: hər sahənin öz qurulması

Rezneed müxtəlif sahələrdə işləyən xidmət bizneslərinin idarəetməsini vahid platformada birləşdirir: gözəllik salonları, bərbərxanalar, estetik və stomatoloji klinikalar, tatu studiyaları, qruminq salonları, pilates studiyaları və padel klubu. Sahə fərqli olsa da, ehtiyac eynidir: nizamlı iş prosesi və vaxta qənaət.

Fərdi yanaşma burada da lazımdır. Klinikada diş xəritəsi və sənədlər vacibdir, padel klubunda kortlar təqvimdə ayrıca sütundur, qruminq salonunda isə müştəri kartında heyvan haqqında qeydlər. Qeydiyyatda 14 biznes növündən birini seçirsiniz, 281 hazır xidmət şablonu isə siyahını sıfırdan yazmamaq üçündür.

İlk həftədə düzgün qurmaq niyə vacibdir

Proqram nə qədər yaxşı olsa da, onu ilk həftədə düzgün qurmaq nəticəni müəyyən edir. Səhv qurulmuş xidmət müddəti bütün təqvimi pozur, unudulmuş fasilə onlayn rezervasiyada ustanın nahar saatını satır. Ona görə biz quraşdırıb getmirik — sistemin işlədiyinə əmin olana qədər yanınızdayıq.

Dəstək komandası haqqında ətraflı Dəstək səhifəsində, keçid haqqında isə Rezneed-ə keçid səhifəsindədir. Sualınız varsa, WhatsApp-dan yazın, ya da 45 günlük pulsuz hesab açıb bizimlə birlikdə qurun.

Rezervasiya, kassa və anbarı bu gündən bir yerdə aparın

45 gün ərzində bütün imkanlardan pulsuz istifadə edin və 500 mesaj hədiyyə alın. Kart tələb olunmur, hesabı açmaq bir neçə dəqiqə çəkir.

Pulsuz başlayın